Məzmuna keç

Avstraliyada meşə yanğınlarına görə çox sayda insan təxliyə edilib

Avstraliyanın Qərbi Avstraliya ştatında davam edən meşə yanğınları nəticəsində onlarla ev yanıb, xeyli sayda insan təxliyə edilib.

E-huquq.az "ABC News"a istinadən xəbər verir ki, ştatın paytaxtı Pertdə ən azı 544 evin elektrik enerjisi kəsilib, təxminən 130 nəfər müvəqqəti sığınacaqlara köçürülüb.

Yanğının söndürülməsi üçün 150-dən çox yanğınsöndürən cəlb olunub. Lakin isti hava və külək yanğının qarşısını almağa mane olur.

Ştatın yanğın və fövqəladə hallar üzrə komissarı Darren Klemm yanğın nəticəsində ölən olmadığını, bəzi insanların tüstüdən təsirləndiyini, bir neçə nəfərin isə yüngül yanıq xəsarəti aldığını bildirib.

Fövqəladə hallar naziri Murray Vat COVID-19 pandemiyası zamanı yaradılan 500 çarpayılıq Bullsbrook karantin mərkəzinin yanğın səbəbindən təxliyə edilənlər üçün hazırlandığını söyləyib.

Şəbnəm Mehdizadə