Son bir həftədə Türkiyə sərhədini qeyri-qanuni keçməyə cəhd edən 390 nəfər tutulub
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslərdən 4-ü terrorçu olub. Bu terrorçulardan 3-nün FETÖ üzvü olduğu müəyyən edilib.
Ümumilikdə 2 min 949 nəfərin sərhədi keçməsinin qarşısı alınıb.
Aktürk il ərzində 576-sı terrorçu olmaqla, qeyri-qanuni yollarla sərhədi keçməyə cəhd edərkən yaxalananların sayının 12 min 467-yə yüksəldiyini, sərhədi keçmədən qarşısı alınanların sayının isə 191 min 766 nəfər olduğunu bildirib.
Şəbnəm Mehdizadə
