Məzmuna keç

Türkiyədə qanunsuz miqrantlar saxlanılıb

Türkiyənin Balıkesir şəhərində 23 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, Balıkesirin Ayvalık sahillərində rezin qayıqda bir qrup qanunsuz miqrantın olduğu müəyyən edildikdən sonra Sahil Təhlükəsizlik əməkdaşları hərəkətə keçib.

Saxlanılan qayıqda Yunanıstanın Lesbos adasına qeyri-qanuni yollarla getmək istəyən, aralarında qadın və uşaqların da olduğu 23 qanunsuz miqrant tutulub.

Miqrantlar qida, geyim, dərman və tibbi ləvazimatlarla təmin edilib.

Onlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə