İranın Lorestan əyalətinin Ezna şəhərində 5 alpinist qar uçqunu altında qalıb.
E-huquq.az İranın Tasnim Xəbər Agentliyinə istinadən xəbər verir ki, 9 alpinistdən ibarət komanda bu səhər Senberan zirvəsinə qalxmağa çalışarkən Çale Kebud bölgəsində qar uçqunu altında qalıb.
Onlardan 4-ü xilas edilib. Uçqun altnda qalan 5 alpinistin axtarış-xilasetmə işləri isə davam edir. Xilasetmə işlərinə bir ədəd helikopter də cəlb olunub.
Şəbnəm Mehdizadə
