Məzmuna keç

Türkiyədə ağır qəzada 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Türkiyənin Antalya şəhərində iki avtomobilin toqquşması nəticəsində 1 uşaq ölüb, 8 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal təcili tibbi yardım, polis və xilasetmə qrupları cəlb edilib.

Yaralılar Kaş Dövlət Xəstəxanasına aparılıb.

Qəza zamanı yaralanan 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə