Məzmuna keç

Tayvan sahillərində 5 bal gücündə zəlzələ baş verdi

Tayvan adası sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi deyib.

Məlumata əsasən, yeraltı təkanların episentri Hualyan şəhərindən 85 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 27 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.