Sierra Leonenin paytaxtı Fritaun şəhərində hərbi hissəyə silahlı hücum edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yerli hökumət rəsmiləri açıqlama yayıb.
Hadisə ilə əlaqədar komendant saatının tətbiq olunduğu bildirilib: "Bu gün səhər saatlarında bəzi naməlum şəxslər Vilberforsdakı hərbi hissəyə girməyə çalışıblar. Bu cəhdlərin qarşısı alınıb. Ölkədə dərhal komendant saatı elan edilib. Vətəndaşlara evdə qalmağı tövsiyə edirik".
Təhlükəsizlik qüvvələrinin vəziyyəti nəzarətdə saxladığı qeyd olunub.
Sierra Leone prezidenti Julius Maada Bio sosial media hesabından etdiyi paylaşımda təhlükəsizlik qüvvələrinin hadisə ilə bağlı araşdırmalara başladığını deyib.
Sierra Leonenin yüksək rütbəli rəsmisi paytaxtdakı mərkəzi həbsxanadan bəzi məhbusların qaçdığını bildirib.
ABŞ Dövlət Departamentinin dərc etdiyi hesabatda 324 məhbusun yerləşdirilməsi üçün nəzərdə tutulan həbsxanada 2019-cu ildə 2 mindən çox məhbus olduğu qeyd edilib.
Şəbnəm Mehdizadə
