Türkiyənin Muğla şəhərində 12 qanunsuz miqrant xilas edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığı Muğlanın Bodrum sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə xilasedici qruplar göndərilib.
Komandalar Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan miqrantlarıı xilas edib. Onlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
