Türkiyənin Mardin şəhərində mikroavtobusun aşması nəticəsində 7 nəfər yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mardinin Midyat rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində 3-ü uşaq olmaqla nəqliyyat vasitəsindəki 7 nəfər xəsarət alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə Midyat Dövlət Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə
