Məzmuna keç

Hindistanda güclü yağışlar nəticəsində 24 nəfər ölüb

Hindistanın Qucarat ştatında leysan yağışlar ciddi fəsadlara səbəb olub.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Mərkəzi (SEOC) məlumat yayıb.

Məlumatda bildirilir ki, leysan yağışları zamanı ildırım vurması nəticəsində 24 nəfər həyatını itirib, 23 nəfər isə müxtəlif xəsarətlər alıb.

“Skymet” hava proqnozu agentliyinin vitse-prezidenti Mahesh Palawat Qucarat əyalətinə düşən yağıntının illik normadan artıq olduğunu söyləyib.

Şəbnəm Mehdizadə