Məzmuna keç

İstanbulda təyyararə uçuş-enmə zolağından çıxıb

İstanbulun Atatürk Hava Limanına enən şəxsi təyyarə uçuş-enmə zolağından çıxıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, səhər saatlarında Bodrum Hava Limanından havaya qalxan "Cesna" tipli şəxsi təyyarə Atatürk Hava Limanına endikdən sonra naməlum səbəbdən uçuş-enmə zolağından çıxıb.

Torpaq ərazidə ilişib qalan təyyarənin göyərtəsində iki pilot olub. Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hava limanı bir müddət uçuşa bağlanıb.

Şəbnəm Mehdizadə