Noyabrın 26-na keçən gecə Sierra Leonedə naməlum şəxslərin hərbi hissəyə təşkil etdiyi hücumda 19 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin paytaxtı Fritaundakı Vilberfors hərbi hissəsinin silah anbarına edilən hücumda 13 əsgər və bir polis məmuru olmaqla 19 nəfərin ölüb, 8 nəfər isə yaralanıb.
Hücumla əlaqədar 3 şübhəli şəxs saxlanılıb.
"Hal-hazırda vəzifədə olan və təqaüddə olan əsgərlər də daxil olmaqla, hücumda iştirak edən hər kəsi tutmaq üçün əməliyyatlara başladıq", – deyə rəsmilər bildirib.
Qeyd edək ki, hücum baş verən zaman bölgədəki həbsxanadan çox sayda məhbus qaçıb. Hücumla əlaqədar ölkədə komendant saatı elan edilib.
Sierra Leone prezidenti Julius Maada Bio xalqa müraciətində ölkədə sakitliyin bərpa olunduğunu və hücuma rəhbərlik edənlərin çoxunun tutulduğunu açıqlayıb.
Şəbnəm Mehdizadə
