Nigeriyanın Kebbi əyalətində silahlı şəxslər tərəfindən girov götürülən 6 nəfər xilas edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kebbi Qubernatorluğunun xüsusi müşaviri Nasir İdris təhlükəsizlik qüvvələrinin vilayətin Şanqa bölgəsində silahlı şəxslərə qarşı əməliyyat keçirdiyini bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı silahlı şəxslər tərəfindən girov götürülən 6 nəfər xilas edilib.
Qeyd edək ki, Nigeriyada adam oğurluğuna görə cəza ölüm olsa da, pul müqabilində adam oğurluğu adi haldır.
Şəbnəm Mehdizadə
