Türkiyənin Şanlıurfa şəhərində silahlı insident zamanı 4 nəfər yaralanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Şanlıurfanın Haliliye rayonunda iki qrup arasında başlayan mübahisə silahlı insidentə çevrilib. Nəticədə 4 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Yaralanan 4 nəfər təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
