Məzmuna keç

Almaniyada qarlı hava bir sıra fəsadlar törədib

Qarlı hava şəraiti Almaniyada ciddi fəsadlar törədib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranıb, yolların buz bağlaması nəticəsində çoxsaylı yol-nəqliyyat hadisələri baş verib, avtomobillər yolda qalıb.

Qarlı hava xüsusən Hessen əyalətində təsirli olub. Ağaclar avtomobillərin üzərinə aşıb, köməksiz vəziyyətdə qalan 100 nəfər xilas edilib.

Vətəndaşlara şəxsi avtomillərdən istifadə etməmək tövsiyə olunub.

Bad Schwalbach qəsəbəsində 30 şagird məktəbdə qapalı vəziyyətdə qalıb. Nəqliyyatın işləməməsi səbəbindən valideynlər uşaqlarını məktəbdən götürə bilməyib.

Almaniya Meteorologiya Bürosu (DWD) tərəfindən edilən açıqlamada qarlı hava şəraitinin qarşıdakı günlərdə də davam edəcəyi barədə xəbərdarlığı edilib.

Şəbnəm Mehdizadə