Məzmuna keç

Türkiyədə 42 miqrant xilas edilib

Türkiyənin Balıkəsir şəhərinin Ayvalık mahalı sahillərində qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına getmək istəyərkən Türkiyə ərazi sularına geri qaytarılan miqrantlar xilas edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sahil Təhlükəsizlik Komandanlğının qrupları Ayvalık sahillərində rezin qayıqda bir qrup immiqrant olması barədə xəbəri aldıqdan sonra hərəkətə keçib.

Əraziyə çatan qruplar içərisində qadın və uşaqların da olduğu qayıqda 42 qanunsuz miqrantı xilas edib.

Cunda adasındakı Sahil Mühafizə Komandanlığına gətirilən miqrantlara qida, içki, dərman və tibbi ləvazimat kimi humanitar yardımlar verildikdən sonra Balıkəsir Miqrasiya İdarəsinə göndəriliblər.

Şəbnəm Mehdizadə