Türkiyənin Kocaeli şəhərinin İzmit rayonunda 5 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 2 minik avtomobili, 2 mikroavtobus və bir bələdiyyə maşınının iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası göndərilib. Yaralılar təcili yardımla ətrafdakı xəstəxanalara çatdırılıb.
Magistral yol bir müddət nəqliyyatın hərəkətinə bağlanıb.

Şəbnəm Mehdizadə
