Nigeriyanın Kvara əyalətində ağır yol qəzasında 25 nəfər həlak olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kvara Yanğın Xidmətinin sözçüsü Hassan Adekunle Jebba-Bode şossesində yanacaqla dolu tankerin hərəkətdə olan sərnişin avtobusu və iki nəqliyyat vasitəsinə çırpılması nəticəsində yanğın baş verdiyini bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 25 nəfər ölüb, 15 nəfər yaralanıb.
Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Adekunle ölənlərin sayının artacağını istisna etməyib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
