Türkiyənin Malatya şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb
Yeraltı təkanlar yerli vaxtla saat 03:18-də Malatyanın Akçadağ rayonunda qeydə alınıb.
Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib. Zəlzələ ətraf əyalət və rayonlarda da hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə
