Türkiyənin Karabükdəbölgəsində toyuq dönərindən kütləvi zəhərlənmə olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, restoranların birində toyuq dönər yedikdən sonra yedikdən sonra 13 nəfər ürəkbulanma, ağrı və ishal şikayətləri ilə Karabük Təhsil və Araşdırma Xəstəxanasına müraciət edib.
Həmin şəxslərə qida zəhərlənməsi diaqnozu qoyulub.
Müalicə olunan şəxslərdən 12 nəfər evə buraxılıb, 1 nəfərin müalicəsi davam etdirilir.
Sözügedən restorandan qida nümunələri götürərək laboratiyaya göndərilib.
Şəbnəm Mehdizadə
