Məzmuna keç

Türkiyədə zavodda yanğın olub –

Türkiyənin Konya şəhərində beton qəliblərin istehsal edildiyi zavodda yanğın baş verib.

E-huquq.az "TRT Haberə" istinadən xəbər verir ki, naməlum səbəbdən başayan yanğın qısa müddətdə şiddətlənməyə başlayıb.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

Polis zavod ətrafında təhlükəsizlik tədbirləri görüb.

Yanğın nəticəsində zavoda ciddi ziyan dəyib.

Şəbnəm Mehdizadə