Məzmuna keç

Türkiyədə 28 miqrant xilas edilib

Türkiyənin Muğla şəhərində Yunanıstan tərəfindən geri qaytarılan və dənizdə köməksiz vəziyyətdə qalan miqrantlar xilas edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Datça mahalı sahillərində rezin qayıqda bir qrup miqrantın köməksiz vəziyyətdə qalması barədə daxil olan məlumatdan sonra əraziyə sahil mühafizəçiləri göndərilib.

Qayıqda olan 28 qeyri-qanuni miqrant xilas edilərək sahilə çıxarılıb.

Şəbnəm Mehdizadə