Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarlanan terrorçular PUA zərbələri ilə zərərsizləşdiirlib.
"Terrorçuların onları gözləyən sondan qaçışı yoxdur", – deyə nazirlyin məlumatında qeyd olunub.
Şəbnəm mehdizadə
