Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında keçirilən əməliyyat nəticəsində 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Terrorçuların hücum cəhdlərini cavabsız qoymuruq. Suriyanın şimalında "Fərat Qalxanı" bölgəsinə hücuma hazırlaşdıqları təsbit edilən 2 PKK/YPG terrorçusu uğurlu əməliyyat zamanı zərərsizləşdirilib", – nazirliyin məlumatında bildirilib.
Şəbnəm Mehdizadə
