Nigeriyada Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Rivers ştatında baş verib.
Helikopterin göyərtəsindəki 5 əsgər xəsarət alıb.
Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
