Türkiyənin Ankara şəhərində qadın qeyri-rəsmi münasibətdə yaşadığı ərini onunla rəsmi nikaha girmədiyinə görə məhkəməyə verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankarada yaşayan qadın əri ilə 1976-cı ildə tanış olub. Bir müddət sonra tərəflər dini qaydada nikaha daxil olublar.
Bu nikahdan onların 6 övladı dünyaya gəlib. Qadın müxtəlif zamanlarda həyat yoldaşına rəsmi nikaha daxil olmaq istəyini bildirsə də, o bundan imtina edib.
Nəticədə qadın 47 il ərzində onunla rəsmi nikaha girməyən ərinə qarşı məhkəmədə iddia qaldırıb.
Məhkəmə qadına 120 min lirə məbləğində təzminatın ödənilməsi barədə qərar qəbul edib.
Şəbnəm Mehdizadə
