Məzmuna keç

Türkiyədə iki ailə arasında davada 11 nəfər yaralanıb

Türkiyənin Aydın şəhərində iki ailə arasında baş verən dava nəticəsində 11 nəfər xəsarət alıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Aydının Buharkent rayonunda baş verib. Belə ki, mübahisə zamanı tərəflər bir-birinə dəyənək və kəsici alətlərlə hücum edib.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə