Türkiyədə sərnişin avtobusuna odlu silahdan atəş açılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Tokatın Ərbaa rayonundan İstanbula gedən sərnişin avtobusuna naməlum şəxslər tüfənglə atəş açıb.
Nəticədə içərisində 33 nəfərin olduğu avtobusun mühərriki zədələnib.
Hadisə yerinə dərhal jandarma qrupları cəlb edilib.
1 saat avtobusda gözləyən sərnişinlər digər bir avtobusla İstanbula yola salınıb.
Jandarma qruplarının apardığı axtarış zamanı yolun kənarında 3 ədəd tüfəng patronu aşkar edilib.
Araşdırma aparılır.

Şəbnəm Mehdizadə
