Məzmuna keç

Türkiyədə 24 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Ağrı şəhərində qanunsuz miqrantlar saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ağrının Doğubayazıt rayonunda Əfqanıstan vətəndaşı olan 24 qeyri-qanuni miqrant yük maşınına mindirilərkən Jandarma Komandanlığının əməkdaşları tərəfindən yaxalanıb.

İnsan qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən bir şübhəli nəzarətə alınıb.

Şəbnəm Mehdizadə