Məzmuna keç

Hindistanda leysan yağışlar nəticəsində 8 nəfər ölüb

Hindistanın cənubunda “Michaung” siklon qasırğasının səbəb olduğu güclü yağış və daşqınlar ciddi fəsadlar törədib.

E-huquq.az "Hindustan Times"a istinadən xəbər verir ki, leysan yağışlar zamanı Tamil Nadu əyalətinin paytaxtı Çennayda 8 nəfər həyatını itirib.

Riskli ərazilərdə yaşayan insanlar təxliyə edilib, məktəblərdə və hökumət binalarında fəaliyyətlər dayandırılıb.

Əyalət başçısı M.K.Stalin qasırğadan zərər çəkmiş ərazilərə baş çəkib və oradakı insanlara ərzaq paylayıb.

Şəbnəm Mehdizadə