Ötən ay Türkiyənin Kocaeli şəhərində 228 qeyri-qanuni miqrant tutulub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Miqrant qaçaqmalçılığı ilə mübarizə və sərhəd qapıları idarəsi tərəfindən noyabr ayı ərzində keçirilən əməliyyatlar zamanı 228 qanunsuz miqrant yaxalanıb.
Xarici vətəndaşlar Miqrasiya İdarəsinə təhvil verilib.
Miqrant qaçaqmalçılığı iddiaları ilə nəzarətə alınan 14 şübhəlidən 9-u həbs edilib.
Şəbnəm Mehdizadə
