Məzmuna keç

Aliment ödəməyi unudan 81 yaşlı kişi həbs olunub

Türkiyənin Bursa şəhərində aliment ödəməyi unudan 81 yaşlı kişi həbs olunub.

E-huquq.az xəbər verir ki, Bursanın İnegöl rayonunda yaşayan Züftü Şirinin ötən ay 20 il əvvəl boşandığı keçmiş həyat yoldaşına aliment ödəməyi unutduğu iddia edilib.

Onun Avstraliyada yaşayan və 25 il evli olduğu keçmiş həyat yoldaşı şikayətçi olub.

Jandarma tərəfindən saxlanılan yaşlı kişi müvafiq hüquqi prosedurlardan sonra həbs olunub.

Şəbnəm Mehdizadə