Türkiyənin Muğla şəhərində 81 qeyri-qanuni miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb. Muğlanın Bodrum sahillərində qanunsuz miqrantların olduğu müəyyən edildikdən sonra bölgəyə xilasedici qruplar cəlb edilib.
Bu zaman 3 ayrı rezin qayıqla fərqli vaxtlarda qeyri-qanuni yollarla xaricə getməyə cəhd edən 81 qanunsuz miqrant və 10 miqrant qaçaqmalçı saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
