Məzmuna keç

Ankarada FETÖ-yə qarşı əməliyyat: 4 nəfər barədə həbs qərarı çıxarılıb

Türkiyənin paytaxtı Ankarada FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 4 nəfər müəyyən edilib

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı 2009-cu ildə keçirilən mühasib köməkçiliyinə qəbul imtanının suallarının qanunsuz yolla əldə edilib terror təşkilatı üzvlərinə paylanılması məlum olub.

Araşdırma zaman qanunsuz yolla həmin imtahanlardan keçdiyi müəyyən edilən 4 nəfər şübhəli şəxs barəsində həbs qərarı çıxarılıb.

Həmin şəxslərin tutulması istiqamətində əməliyyatlar davam etdirilir.

Şəbnəm Mehdizadə