Türkiyə ordusu İraqın şimalında 8 PKK terrorçusunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, "Pəncə-Kilit" əməliyyatı bölgəsində aşkarlanan 8 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.
“Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlar qətiyyətlə davam etdiriləcək”, – deyə nazirliyin məlumatında qeyd olunub.
Şəbnəm Mehdizadə
