Türkiyənin Balıkesir şəhərində iki ailə arasında silahlı insident baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şənlik zamanı bir nəfər aralarında ədavət olan digər bir ailənin olduğu istiqamətə doğru tüfəngdən atəş açıb. Nəticədə 9 nəfər yaralanıb.
Yaralılar Dursunbəy Dövlət Xəstəxanasına aparılıb. Onların səhhətinin yaxşı olduğu bildirilib.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Şəbnəm Mehdizadə
