Məzmuna keç

İzmirdə qanunsuz miqrantlar saxlanılıb

Türkiyənin İzmir şəhərində 41 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə İzmir Valiliyi məlumat yayıb.

Məlumata görə, miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Jandarma Komandanlığı, Sahil Mühafizəsi Komandanlığı və Milli Kəşfiyat İdarəsi (MİT) birgə əməliyyat keçirib.

Təqib edilən miqrantlar Şimali Ege yolunun Zeytindağ mahalında dayanan avtomobildə saxlanılıb.

Hadisə ilə bağlı 2-si türk olmaqla 4 şübhəli şəxs saxlanılıb. Saxlanılanlardan birinin 19 cinayət əməlində şühhəli olduğu müəyyən edilib.

Saxlanılan şübhəlilərdən 2-si həbs edilib, digər 2-si isə şərti azadlığa buraxılıb.

Şəbnəm Mehdizadə