ABŞ-ın Nevada ştatında yerləşən Las Veqas Universitetinə silahlı hücum olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə universitetin kampusunda olub. Hücum nəticəsində 3 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
ABŞ polisi universitetdəkilərdən təhlükəsiz ərazilərə sığınmalarını istəyib.
Hücum edən şəxsin zərərsizləşdirildiyi açıqlanıb. Onun kimliyi hələlik məlum deyil.
Hadisə ilə bağlı istintaq davam edir.
Şəbnəm Mehdizadə
