Məzmuna keç

Məktəbli avtobusu qəzaya uğradı, 14 nəfər yaralandı

Türkiyənin Kütahya şəhərində şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, Kütahyanın Simav rayonunda şagirdləri məktəbə aparan servisin sürücüsü yol ayrıcında qəfildən qarşısına çıxan nəqliyyat vasitəsi ilə toqquşmamaq üçün manevr edərkən idarəetməni itirib. Bu zaman mikroavtobus yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində 14 şagird xəsarət alıb.

Qəza yerinə təcili tibbi yardım və jandarma qrupları cəlb edilib.

Xəsarət alan şagirdlər Karakuyu Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə