Türkiyənin Diyarbəkir şəhərində torpaq üstündə düşən kütləvi dava zamanı çox sayda insan xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, iki qrup arasında torpaq üstündə baş verən dava zamanı tərəflər bir-birilərinə daş, dəyənək və silahla hücum ediblər. İnsident zamanı 12 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları göndərilib. İlkin tibbi yardımdan sonra yaralılar şəhərdəki xəstəxanalara aparılıb.
Polis hadisə yerinə baxışı zamanı 1 ov tüfəngi və 1 tapança aşkar edib. Hadisə ilə əlaqədar 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Həmin şəxlər arasında daha əvvəl də torpaq mübahisəsi zəminində silahlı insident baş verdiyi bəlli olub.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
