Məzmuna keç

Türkiyədə antiterror əməliyyatı zamanı 12 nəfər saxlanılıb

Türkiyənin İstanbul və Tunceli şəhərlərində DHKP/C terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 12 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi tərəfindən aparılan araşdırmalar zamanı 17 nəfərin terror təşkilatı ilə əlaqəsi olduğunu müəyyən edilib.

İstanbul və Tuncelidə eyni vaxtda keçirilən əməliyyat zamanı 12 şübhəli saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı 2 ədəd sənədsiz silah, 1 ədəd boş tapança və çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Saxlanılan şəxslər polis bölməsinə aparılıb.

Hazırda digər 5 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.

Şəbnəm Mehdizadə