Məzmuna keç

ABŞ-də 7 mərtəbəli yaşayış binası uçub

ABŞ-ın Nyu-York şəhərində 7 mərtəbəli yaşayış binasının bir hissəsi uçub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yaşayış binasının yerləşdiyi əraziyə çoxlu sayda yanğınsöndürən, polis və təcili yardım tibb qrupları göndərilib.

1915-ci ildə tikilən və içərisində çoxlu sayda mənzil və ofisin olduğu bina dərhal boşaldılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Şəbnəm Mehdizadə