Ekvadorda evə silahlı basqın olub.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Guayaquil şəhərinin Quasmo Sur rayonunda bir evə girən silahlı şəxslər ətrafa atəş açıb. Hücum zamanı evdə olan 4 uşaq ölüb, ana isə ağır yaralanıb.
Rəsmi şəxslər hücum edənlərin əsas hədəfinin qonşuluqda yerləşən başqa bir ev olduğunu, hücuma məruz qalan evdəki insanların hadisə ilə heç bir əlaqəsinin olmadığı söyləyib.
Baş Prokurorluqdan verilən açıqlamada hadisəni törədən şəxslərin cəzasız qalmayacağı qeyd edilib.
Qeyd edək ki, Ekvador uzun müddətdir ki, təhlükəsizlik problemi ilə mübarizə aparır. Dəstələr arasında gedən müharibə səbəbindən demək olar ki, hər gün hücum xəbərləri eşidilir.
Şəbnəm Mehdizadə
