Məzmuna keç

Meksika polisi 33 kiloqram narkotik vasitə ələ keçirib

Meksikada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatda 33 kiloqram fentanil (kimyəvi ağrıkəsici maddə) ələ keçirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Çihuahua əyalətində polis tərəfindən saxlanılan avtomobilin gizli bölməsində 33 kiloqram fentanil aşkar edilib.

Avtomobildə olan şübhəli şəxs polis tərəfindən saxlanılıb. Fentanilin ABŞ-yə göndərilmək üçün narkotik karteli tərəfindən tədarük edildiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə