Məzmuna keç

Türkiyədə 34 universitet tələbəsi qidadan zəhərlənib

Türkiyənin Zonquldak şəhərində tələbələr arasında kütləvi zəhərlənmə hadisəsi olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Zonquldakın Alaplı rayonunda universitetin yataqxanasında qalan 34 tələbə qidadan zəhərlənib.

Səhər saatlarında 23 tələbə qarın ağrısı, ürəkbulanma və ishal şikayəti ilə Alaplı Dövlət Xəstəxanasına, 11 tələbə isə ətrafdakı digər xəstəxanalara yerləşdirilib.

Müalicə olunan tələbələrin səhhətinin yaxşı olduğu olduğu bildirilib.

Yataqxanadan qida nümunələri götürülərək laboratoriyaya göndərilib.

Şəbnəm Mehdizadə