Məzmuna keç

Boliviyada leysan yağışlar nəticəsində 3 nəfər ölüb

Boliviyada leysan yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Petosi şəhərində həftə sonundan bəri başlayan leysan ciddi fəsadlara səbəb olub. Belə ki, çayların daşdığı, kənd təsərrüfatı sahələrinin su altında qaldığı bölgədə yüzlərlə evi su basıb.

Boliviya prezidenti Luis Arse təbii fəlakətdə həlak olanların yaxınlarına başsağlığı verib.

Daşqının böyük ziyan vurduğu ərazilərə 8 ton humanitar yardım göndərilib.

Axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Şəbnəm Mehdizadə