Məzmuna keç

Türkiyədə 13 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərində qanunsuz miqrantlar saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

İzmirin Karanburun sahillərində içərisində qanunsuz miqrantların olduğu rezin qayıq Komandanlığın əməkdaşları tərəfindən saxlanılıb.

Qayıqda olan 13 əcnəbi vətəndaş Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə