Məzmuna keç

ISW: “Ruslar Avdiivka yaxınlığında irəliləyirlər”

"Ruslar Donetsk vilayətinin Avdiivka ətrafında irəliləməyə davam edir".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

ISW-ninməlumatına görə, ruslar dünən Avdiivka yaxınlığında hücum əməliyyatlarını davam etdirərək təsdiqlənmiş irəliləyiş əldə ediblər. Dekabrın 13-də yayılan geolokasiya görüntüləri göstərir ki, rus qoşunları Stepnoyedən bir qədər cənub-şərqə (Avdiivkadan 3 km şimal-qərbə) irəliləyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Müdafiə Qüvvələri Novokalinovoye (Avdiivkadan 13 km şimal-şərq) və Novobaxmutovkadan (Avdeevkadan 9 km şimal-qərb) şərqdə Rusiyanın ən azı 51 hücumunu dəf edib.

Bir neçə rusiyalı bloqer sənaye zonasında və Avdiivka koks zavodunun şərqində irəliləyiş olduğunu iddia edib. ISW bu uğurların əyani sübutunu görməyib. Rusiyalı bloqerlərdən biri də iddia edib ki, rus qoşunları Stepnoye yaxınlığında və Vodyanoyenin şimalında (Avdiivkadan 7 km cənub-qərbdə) hücumu davam etdirir.

Şəbnəm Mehdizadə