Məzmuna keç

Türkiyədə 15 məktəbli qidadan zəhərlənib

Türkiyənin Yalova şəhərində məktəbli yataqxanasında kütləvi zəhərlənmə hadisəsi olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Yalovanın Çınarcık rayonundakı qız məktəbinin yataqxanasında qalan şagirdlər səhər yeməyindən sonra özlərini narahat hiss etməyə başlayıb.

Zəhərlənən şagirdlər başgicəllənmə və ürəkbulanma şikayətləri ilə yataqxana rəhbərliyinə müraciət edib. Onlar təcili yardımla Çınarcık Dövlət Xəstəxanasına aparılıb.

Tibbi yardım göstərildikdən sonra 15 şagird evə buraxılıb.

Şəbnəm Mehdizadə