Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK/KCK-nın liderlərindən olan Sebahat Ormanlını zərərsizləşdirib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, terror təşkilatının Qadın Gənclik Cəmiyyətinin (KJCK) 18 üzvündən və məsul şəxslərindən biri olan “Mizgin Guyi” kod adlı terrorçu Sebahat Ormanlının Türkiyədə meşə yanğınları və müxtəlif şəhərlərdə hücum əməliyyatı keçirmək barədə təlmat verdiyi məlum olub.
Terrorçu siyahısında "yaşıl kateqoriya"da yer alan və axtarışda olan Ormanlının zərərsizləşdirilməsi barədə qərar verilib.
İraqın şimalında fəaliyyət göstərdiyi məlum olan terrorçu PUA hücumu ilə məhv edilib.
2012-ci ildə təşkilatın sıralarına qoşulan terrorçunun İraqın şimalına köçdükdən sonra təşkilat daxilində fəaliyyətini davam etdirdiyi bildirilib. O, 2022-ci ildən bu yana təşkilatın İraqın Süleymaniyyə şəhərindəki KJCK strukturunda məsul şəxs kimi fəaliyyət göstərirmiş.
Şəbnəm Mehdizadə
